Azərbaycanın iqtisadi inkişaf naziri AYİB Direktorlar Şurasının üzvləri ilə görüşüb - FOTO

Azərbaycanın iqtisadi inkişaf naziri AYİB Direktorlar Şurasının üzvləri ilə görüşüb - <span style="color: red;">FOTO
# 10 aprel 2013 08:38 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurasının üzvləri ilə görüşüb.

Nazirlikdən “APA_Economics”ə verilən məlumata görə, görüşdən əvvəl AYİB nümayəndələri Bakı Biznes Mərkəzində Azərbaycanın sosial-iqtisadi uğurları barədə təqdimatla tanış olublar.

Görüşdə nazir Şahin Mustafayev AYİB Direktorlar Şurasının Azərbaycana ikinci məsləhətləşmə səfərinin bank ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın göstəricisi olduğunu vurğulayıb, Azərbaycanın bu əməkdaşlığa böyük önəm verdiyini və bank tərəfindən dövlət və özəl sektorun inkişafına göstərilən dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib. Bildirilib ki, indiyədək 117 layihə çərçivəsində AYİB tərəfindən Azərbaycana 2,1 mlrd. ABŞ dolları kredit ayrılıb. AYİB-in Azərbaycandakı kredit portfelinin diversifikasiyası üçün geniş potensialın olduğunu diqqətə çatdıran nazir bu baxımdan kənd təsərrüfatı, sənaye parklarının fəaliyyətinin dəstəklənməsi sahəsində bankın təcrübəsinin əhəmiyyətini vurğulayıb, ölkəmizdə özəl sektorun inkişafına töhfə verən fəal maliyyə institutu kimi AYİB-i özəl müəssisələrin birbaşa maliyyələşdirilməsi və səhm kapitalında iştirak üzrə fəaliyyətini daha da genişləndirməyə dəvət edib.

AYİB-in Direktorlar Şurasında Böyük Britaniya Birləşmiş Krallığından direktor Conatan Okenden Azərbaycanın qazandığı iqtisadi uğurların Bankın diqqət mərkəzində olduğunu, AYİB və Azərbaycan arasında əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR