Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri xaricdə keçirilən tədbirlərdə iştirak edəcəklər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri xaricdə keçirilən tədbirlərdə iştirak edəcəklər
# 30 aprel 2013 07:16 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri xaricdə keçirilən bir sıra tədbirlərdə iştirak edəcəklər. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mayın 6-dan 10-dək İtaliyanın Latina şəhərində Qüvvələrin hərəkətinin və açılmasının idarə edilməsi sistemi (ADAMS) üzrə qərargah zabitləri kursu, Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən ABŞ-ın Monterrey şəhərində Müdafiə idarəçiliyi sahəsində məsələlər üzrə seminar, mayın 7 və 8-də İtaliyanın Neapol şəhərində “Combined Endeavor-2013” təliminin planlaşdırma konfransı, mayın 6-dan 17-dək Türkiyənin Ankara şəhərində “Biliklərin təkmilləşdirilməsi və idarə edilməsi” kursu, Azərbaycan-Sloveniya ikitərəfli əməkdaşlıq proqramına əsasən mayın 6-dan 31-dək Novo Qoritsa şəhərində İngilis dili kursu keçiriləcək.

Azərbaycan hərbçiləri, həmçinin mayın 11-dən 18-dək İndoneziyanın Cakarta şəhərində Beynəlxalq Hərbi İdman Şurasının 68-ci Baş Assambleyası və konqresində, mayın 13-dən 31-dək Türkiyənin Ankara şəhərində “BMT hərbi müşahidəçisi” kursunda, mayın 14-dən 23-dək Polşanın Varşava şəhərində “NATO çərçivəsində standartlaşdırma” kursunda iştirak edəcəklər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR