Müsavat seçkiqabağı kampaniya qaydalarını müəyyənləşdirib

Müsavat seçkiqabağı kampaniya qaydalarını müəyyənləşdirib
# 26 avqust 2014 09:12 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyası başqanlığa keçiriləcək seçkilərdə təbliğat-təşviqat kampaniyası qaydalarına dair sənəd qəbul edib.

Bu barədə APA-ya Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.

Onun sözlərinə görə, sənəddə namizədlərin bir-birinin ünvanına böhtan, şər xarakterli ifadələrin qarşısını almaq məqsədilə müəyyən qaydalar öz əksini tapıb: “Yəni, əsasən etik qaydalar çərçivəsində mübarizə aparmaq tövsiyə olunub”.

Qeyd edək ki, Müsavat başqanlığına namizədlərin irəli sürülməsi proseduruna və təbliğat-təşviqat kampaniyasına avqustun 28-dən başlanılacaq. Partiya qurultayını sentyabrın 27-nə təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR