Dow Jones indeksi 0,1%, S&P 500 0,3%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,3%, Nasdaq 0,7% yüksəlib
# 01 may 2013 06:55 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 14 840 bəndədək, S&P 500 0,3% - 1 598 bəndədək, Nasdaq 0,7% - 3 329 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına əsasən korporativ hesabatlar təsir edib.

Avropa fond bazarlarında aprelin 30-da FTSE 100 indeksi 0,4% - 6 430 bəndədək enib, Almaniya DAX-ı 0,5% - 7 914 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,3% - 3 857 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 469,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3162 (-0,1%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR