Türkiyə Jandarma Qüvvələrinin baş komandanı Azərbaycanda görüşlərə başlayıb - FOTOSESSİYA

Türkiyə Jandarma Qüvvələrinin baş komandanı Azərbaycanda görüşlərə başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 12 noyabr 2014 07:45 (UTC +04:00)

APA-nın məlumatına görə, A. Atayın başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabanı, Şəhidlər Xiyabanının və Türk Şəhidliyini ziyarət edib. Heydər Əliyevin məzarı, Əbədi Məşəl Kompleksi və türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil qoyan general 1993-cü ildə ermənilər tərəfindən Ağdərə rayonunun Aterk kəndində yandırılaraq şəhid edilmiş Daxili Qoşunların əsgərlərinin məzarını da ziyarət edib.

Noyabrın 14-dək davam edəcək səfər çərçivəsində general A. Atay daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevlə görüşəcək. Nümayəndə heyəti həmçinin Daxili Qoşunların hərbi hissəsində olacaq.

Qeyd edək ki, A. Atay bu ilin avqust ayında Türkiyə Jandarma Qüvvələrinin baş komandanı vəzifəsinə təyin olunub. Bu, A. Altayın jandarma baş komandanı vəzifəsində Azərbaycana ilk səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR