“Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları” mövzusunda seminar keçirilib - FOTO

“Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları”  mövzusunda seminar keçirilib - <span style="color: red;">FOTO
# 02 sentyabr 2015 08:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin, Bakının Nəsimi rayon bələdiyyəsinin, “Bələdiyyə həyatı” qəzetinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) təşkilatçılığı ilə “Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları” mövzusunda seminar keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bildirib ki, prezident İlham Əliyevin bələdiyyələrin işini tənqidindən sonra bələdiyyələr bundan nəticə çıxarıblar. M.Səlimzadə çıxışında qeyd edib ki, Azərbaycanda yerli özünüidarəetmənin inkişafını təmin etmək üçün strateji məqsədlər müəyyənləşdirilməli, yerli özünüidarəetmənin gələcək inkişafının başlıca məqsədləri insan potensialının artırılmasına və hər bir bələdiyyə qurumunda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilməlidir: “Bu gün bələdiyyələrin qarşılaşdığı problemlərin həllinə diqqətlə yanaşılmalı və onların sürətlə həllinə çalışmaq lazımdır. Bu problemlərdən biri də bələdiyyələrin əmlak vergisylə bağlıdır. Qeyd edilməlidir ki, bu istiqamətdə müntəzəm olaraq addımlar atılır və yeniliklər tətbiq edilir və təcrübə qazanılır. Nəsimi bələdiyyəsinin qazandığı təcrübə, tətbiq etdiyi yenilik əmlak vergisinin yığımında bu sahədə mövcud olan problemlər həllində çıxış yollarından biri kimi qəbul etmək olar”.

Daha sonra tədbirdə Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanovun “Əmlak vergisi: yeniliklər və problemlərin həlli yollari” mövzusunda çıxışı dinlənilib. Çıxışında bələdiyyə sədri əmlak verginin yığımında bələdiyyənin qarşılaşdığı problemlərə toxunaraq, bu məqsədlə bələdiyyə tərəfindən yeni layihələrin həyata keçirildiyini qeyd edib. Sədrin sözlərinə görə, ilk olaraq bələdiyyənin internet resursu təkmilləşdirilib və əmlak vergisinin ödənişini həyata keçirmək üçün onlayn ödəmə həyata keçirilib.

N. Qaraxanov çıxışının sonunda təkliflə çıxış edib. O, bildirib ki, sənədsiz mənzil sahibləri vergiyə cəlb olunmalıdır. Bələdiyyə sədrinin təklifinə görə, vətəndaşlar onların xüsusi mülkiyyətində və ya istifadəsində olan mənzillərə görə vergi ödəməlidirlər. Maddəyə bu fikrin salınması bələdiyyələrin büdcə gəlirlərin xeyli təsiri olacaqdır.

Tədbirdə mövzu ətrafında Milli Məclisin Regional məsələlər Daimi Komitəsinin sədri Arif Rəhimzadə, bələdiyyə sədrləri, QHT təmsilçiləri çıxış edərək digər bələdiyyələrin bu sistemi tətbiq etməsini və bələdiyyələrin qarşılaşdığı problemlərin aradan qaldırmaq məqsədiylə yerli özünidarəetmə strategiyasının hazırlanmasına ehtiyac olduğunu vurğulayıblar.

Tədbirin sonunda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) təşkilatçılığı ilə işıq üzü görən “Bələdiyyələrin statusu: hüquq və vəzifələri” adlı kitab təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR