"AGBank" AMB-nin depozit hərracında iştirak edəcək

"AGBank" AMB-nin depozit hərracında iştirak edəcək
# 10 iyun 2016 16:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "AGBank" ASC Azərbaycan Mərkəzi Bankının ilk dəfə keçirəcəyi vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracında iştirak edəcək.

"AGBank"dan "APA-Economics"ə verilən məlumata görə, iyunun 13-də keçiriləcək depozit hərracında 150 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. “Bloomberg” ticarət platformasında keçiriləcək depozit hərracının müddəti 1 ay və hərrac üzrə faiz dərəcələri 4,01%-6,99% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR