İranda 12 terrorçu məhv edilib

İranda 12 terrorçu məhv edilib
# 16 iyun 2016 10:54 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev. APA. İranın Qərbi Azərbaycan əyalətinin Üşnəviyyə bölgəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələri ilə PJAK terrorçuları arasında atışma baş verib.


APA-nın Tehran bürosunun məlumatına görə, döyüşdə 12 terrorçu məhv edilib, SEPAH-ın 3 hərbçisi həlak olub.

SEPAH-ın açıqlamasında deyilir ki, terrorçu qruplaşma üzvləri ölkə daxilində təxribat törətmək məqsədilə Üşnəviyyə bölgəsindən sərhədi keçmək istəyərkən zərərsizləşdirilib. Öldürülən terrorçuların PKK terror təşkilatının İran qolu olan PJAK-ın üzvləri olduğu bildirilir.

PJAK uzun illərdir ki, İranın şimal-qərb sərhədlərində zaman-zaman terror aktları törədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR