Azərbaycanın xarici işlər naziri ilk dəfə olaraq İsrail və Fələstinə rəsmi səfər edəcək

Azərbaycanın xarici işlər naziri ilk dəfə olaraq İsrail və Fələstinə rəsmi səfər edəcək
# 18 aprel 2013 07:42 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 21-də ilk dəfə İsrailə dörd günlük səfər edəcək.

APA-nın “İzRus”a istinadən yaydığı məlumata görə, XİN başçısı səfər çərçivəsində İsrail rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Tərəflər görüş çərçivəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, İran və Türkiyə mövzularını müzakirə edəcəklər. Elmar Məmmədyarov ilk olaraq İsrail parlamentinin xarici siyasət və müdafiə komissiyasının sədri Aviqdor Libermanla görüşəcək. Daha sonra Məmmədyarov Fələstin hökumətinin rəhbərliyi ilə görüşmək üçün Ramallaha gedəcək.

Aprelin 22-də Elmar Məmmədyarovun prezident Şimon Pereslə, xarici işlər nazirinin müavini Zeev Elkinlə görüşləri planlaşdırılır. Daha sonra “Yad Vaşem” memorial kompleksini ziyarət edəcək XİN başçısı axşam saatlarında Tel-Əvivdə İsrail - Azərbaycan Beynəlxalq Assosiasiyasının rəhbərliyi ilə görüşəcək.

Aprelin 23-də Azərbaycanın xarici işlər naziri bəzi İsrail şirkətlərinə baş çəkəcək. Səfərin son günü Elmar Məmmədyarovun baş nazir Binyamin Netanyahu ilə görüşü nəzərdə tutulur. Görüşdən sonra Knessetə gedəcək XİN başçısının İsrailin müdafiə naziri Moşe Yaalonla görüşü də gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR