Bakıda itkin düşən məktəblilərdən ikisi tapılıb - YENİLƏNİB

Bakıda itkin düşən məktəblilərdən ikisi tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 18 aprel 2013 10:46 (UTC +04:00)

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, iki gün əvvəl itkin düşən, 204 saylı orta məktəbin şagirdləri, 2002-ci il təvəllüdlü Əmənov İmran Bəxtiyar oğlu və 2003-cü il təvəllüdlü Ağayev Nicat Cəmil oğlu tapılaraq ailələrinə təhvil veriliblər.

Aprelin 16-da məktəbə getmək adı ilə evdən çıxan və bir daha geri qayıtmayan, Xətai rayonu A. Qurbanov küçəsi, 25 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Əfsanə Mirmövsümovanın axtarışları isə davam etdirilir.

***

saat 12:13

Bakı. Fuad Cəfərov - APA. Bakıda 3 məktəbli itkin düşüb. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun A. Qurbanov küçəsi, 25 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Əfsanə Mirmövsümova aprelin 16-da məktəbə getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb.

General Şıxlinski küçəsində yaşayan, 2003-cü il təvəllüdlü Ağayev Nicat Cəmil oğlu və N. Tusi küçəsində yaşayan 2002-ci il təvəllüdlü Əmənov İmran Bəxtiyar oğlu isə aprelin 17-də oxuduqları 204 saylı orta məktəbə getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıblar.

Polis məktəblilərin axtarışını davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR