Manat Azərbaycanın əksər ticarət tərəfdaşlarının milli valyutasına nisbətən kəskin ucuzlaşıb

Manat Azərbaycanın əksər ticarət tərəfdaşlarının milli valyutasına nisbətən kəskin ucuzlaşıb
# 20 iyun 2016 07:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dollar manata qarşı 0,2% bahalaşaraq 1,5210 manat təşkil edib.

Avro da manata qarşı möhkəmlənib. Avrozonanın vahid valyutası manata nisbətən 1,4% bahalaşaraq 1,7307 manata çatıb.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 1,7% möhkəmlənərək 0,0235 manat olub.


Türkiyə lirəsi də manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,9% güclənərək 0,5230 manata çatıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2191 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 2,6%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisi isə 0,1% ucuzlaşaraq 0,6987 manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR