Paşha Bank
Bank Of Baku

Rəsmi Tbilisi: Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili

© APA | Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili

# 24 noyabr 2026 19:07 (UTC +04:00)

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya müntəzəm fəaliyyət göstərir və proseslə bağlı məsələləri müzakirə edir.

APA xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hər iki tərəf delimitasiya prosesində irəliləyiş əldə olunması üçün səylərini davam etdirir.

“Bu proses hər iki ölkənin maraqlarının maksimum nəzərə alınması və qarşılıqlı hörmət prinsipi əsasında aparılır”, – Maka Boçorişvili qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR