Britaniya Şimali İraqa hərbi qüvvə göndərəcək

Britaniya Şimali İraqa hərbi qüvvə göndərəcək
# 13 avqust 2014 10:42 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Böyük Britaniya Şimali İraqa hərbi qüvvə göndərəcək. APA-nın “Euronews”a istinadən verdiyi xəbərə görə, Britaniya hökuməti İraqda “İslam Dövləti” (İŞİD) qruplaşması ilə döyüşən kürd peşmərgələrinə hərbi yardım göndərməyə razılaşıb. Belə ki, Britaniya hərbi qüvvələri İordaniya hərbi yük maşınları ilə Ərbilə hərəkət edəcək.

London həmçinin helikopterlər vasitəsilə İraqda etnik azlıq olan və İŞİD qüvvələri tərəfindən evlərini tərk etməyə məcbur edilən yezidi qaçqınlarına da havadan humanitar yardım atacağını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR