Cəlilabadda avtomobil sexində yanğın olub - FOTO - VİDEO

Cəlilabadda avtomobil sexində yanğın olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 23 iyul 2014 07:10 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabadda yanğın hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə şəhərin Qurtuluş küçəsində köhnə yük avtomobillərinin saxlandığı sexdə qeydə alınıb. Quru otluq sahəsindən başlayan yanğın tədricən sexdəki avtomobil təkərlərinə keçib. Daha sonra yanğının əhatə dairəsi genişlənməklə sexdəki avtomobil ehtiyat hissələri də alovlanmağa başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yanğının sexdəki ZİL markalı yük maşınına, eləcə də qonşuluqda yerləşən təsərrüfat mallarının satışı mərkəzinə keçməsinin qarşısı alınıb.

İlkin ehtimallara görə, yanğın ərazidə oynayan uşaqların odla ehtiyatsız davranması səbəbindən baş verib. Hadisənin dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR