“Azəryolservis”in tədris mərkəzində peşə kurslarına qəbul başlanılıb

“Azəryolservis”in tədris mərkəzində peşə kurslarına qəbul başlanılıb
# 27 avqust 2015 13:51 (UTC +04:00)

Bakı - APA-Economics. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC “Azəryolelmitədqiqatlayihə” İnstitutunun tədris mərkəzində peşə kursları fəaliyyət göstərir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə,

kurslara geodeziya, geologiya, layihə, laboratoriya işləri və kompüter proqramları daxildir. Kurslarda tədris 8-10 nəfərlik qruplar şəklində keçirilir.

Tam kursu bitirənlərə sertifikatlar veriləcək və onların işlə təmin olunmasına köməklik göstəriləcək. Kurslara yazılmaq üçün aşağıdakı sənədlər lazımdır:

- Şəxsiyyət vəsiqəsinin sürəti

- 2 ədəd şəkil (3x4 ölçüdə)

- Orta təhsili bitirmək haqqında sənəd

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rafiq İsmayılov küçəsi, 2025-ci məhəllə.

Əlaqə tel.: (012) 599-79-48

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR