Kürdəmirdə yeni avtomobil yolu istifadəyə verilib

Kürdəmirdə yeni avtomobil yolu istifadəyə verilib
# 17 sentyabr 2015 12:49 (UTC +04:00)

APA-nın məlumatına görə, Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov məlumat verib ki, 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisinə 3 milyon manat, yol tikinti işlərinin tam başa çatdırılması üçün isə əlavə 4 milyon manat vəsait ayrılıb.

İlkin mərhələdə yolun tikintisi keyfiyyətsiz aparıldığına görə sonradan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla davam etdirilib. Avtomobil yolunun ümumi uzunluğu 28 kilometr, eni 8-10 metrdir. Yolda lazım olan bütün infrastruktur quraşdırılıb.

Sonra prezident İlham Əliyev burada sakinlərlə görüşüb. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR