İyunun 1-dən nikaha daxil olmaq istəyən 33412 nəfər tibbi müayinədən keçib

İyunun 1-dən nikaha daxil olmaq istəyən 33412 nəfər tibbi müayinədən keçib
# 26 avqust 2015 15:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası” na uyğun olaraq iyunun 1-dən bu günə kimi nikaha daxil olmaq istəyən 33412 nəfər tibbi müayinədən keçib.

Səhiyyə Naziliyindən APA-ya verilən məlumata görə, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub: ““Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyundan etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb”.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçirilir.

Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR