Tarix İnstitutunun direktoru vəzifəsinə Yaqub Mahmudovun namizədliyi irəli sürülüb

Tarix İnstitutunun direktoru vəzifəsinə Yaqub Mahmudovun namizədliyi irəli sürülüb
# 04 iyun 2016 09:14 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın direktor seçkilərinə həsr olunmuş iclası keçirilib.

İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Elmi Şura AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun Tarix İnstitutunun direktoru vəzifəsinə namizədliyini irəli sürüb.

Y. Mahmudovun namizədliyinə Elmi Şuranın bütün üzvləri yekdilliklə səs verib və onun namizədliyi təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR