Xalq artisti Firəngiz Əlizadə Avstriyada konsert verib

Xalq artisti Firəngiz Əlizadə Avstriyada konsert verib
# 19 noyabr 2014 09:39 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Avstriyanın «West-Östliche Mozaik» Beynəlxalq Musiqi Festivalında «ÖENM» ansamblının iştirakı ilə xalq artisti Firəngiz Əlizadənin müəllif-konsertləri təşkil olunub.

İttifaqdan APA-ya verilən məlumata görə, konsertlərdə F.Əlizadənin müxtəlif tərkibli vokal və kamera-instrumental əsərləri ifa edilib.

İttifaqdan əlavə ediblər ki, Almaniyanın Auqsburq şəhərində bəstəkarın klarnet və violonçel üçün «Duo of accordanse» (İkili vəhdət) adlı yeni əsərinin premyerası da baş tutub.

Əsər görkəmli alman violonçel ifaçısı professor Yulius Bergerin 60 illiyinə həsr edilib. Yubiley tədbirində əsəri Y.Berger və koreyalı klarnet ifaçısı Hyun Yunq təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR