Göyçayda minik və yük avtomobilləri toqquşub, ölən var - VİDEO

Göyçayda minik və yük avtomobilləri toqquşub, ölən var - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2015 20:50 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçayda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə saat 23 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 206-cı km-də, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb.

Göyçay sakini, 1967-ci il təvəllüdlü Novruz Əhmədovun idarə etdiyi “99-GJ 253” dövlət nömrəli nişanlı “Mercedes” markalı minik avtomobili qarşı tərəfdən gələn İsmayıllı rayon sakini 1994-cü il təvəllüdlü Natiq Məlikovun idarə etdiyi “90 JG 229” dövlət nömrəli nişanlı KAMAZ yük avtomobili ilə toqquşub.

Hadisə zamanı minik avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR