Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib - FOTO

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib - <span style="color: red;">FOTO
# 16 oktyabr 2014 13:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan və Rusiyanın Sankt-Peterburq şəhəri sahibkarlarının iştirakı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib.

APA-Economics”in məlumatına görə, biznes forumda rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, tikinti, enerji, təhsil və s. sahələrdə fəaliyyət göstərən 100-dən çox şirkətin nümayəndəsi iştirak edib.

Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye nazirinın müavini Sahil Babayev Azərbaycan - Rusiya əlaqələrinin, o cümlədən Rusiyanın subyektləri ilə əməkdaşlığın inkişaf etdiyini qeyd edib. O bildirib ki, Azərbaycan və Rusiya arasında ənənəvi regionlararası forumlar keçirilir və belə tədbirlər ikitərəfli əməkdaşlığın inkişafında faydalıdır: “İndiyədək Azərbaycan və Rusiya arasında iqtisadi sahədə 45-dən çox, ümumilikdə isə müxtəlif sahələrdə 170-dan çox sənəd imzalanıb. Hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi isə son 10 ildə təqribən 1 mlrd. ABŞ dolları təşkil edib”.

Nazir müavini qeyd edib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır: “Təkcə ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10%-dən çox artaraq 2.6 mlrd. dollar təşkil edib, qeyri-neft ixracının 32%-i Rusiyanın payına düşüb. Bununla belə, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur və ölkəmiz Rusiya ilə əlaqələrin genişlənməsində maraqlıdır”.

S. Babayev bu gün keçirilən biznes forumun Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, iş adamları arasında əlaqələrin inkişafı istiqamətində atılan növbəti mühüm addım olduğunu vurğulayıb.

Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatorunun müavini Vladimir Lavlensev Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında ticarət dövriyyəsinin artdığını diqqətə çatdırıb. O, son 20 ildə Azərbaycanın əldə etdiyi uğurların ölkəsində maraqla izləndiyini vurğulayıb.

Qubernator müavini işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verdiyini, eləcə də Rusiyanın federal subyektləri ilə Azərbaycan arasında əlaqələrin inkişafı baxımdan əhəmiyyətini diqqətə çatdırıb.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb. Səfir azərbaycanlı sahibkarları Rusiyanın federal subyektləri ilə əməkdaşlığı daha da genişləndirməyə dəvət edib.

Azpromo-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin biznes və investisiya imkanlarına, Sankt-Peterburqun Sənaye Siyasəti və İnnovasiya üzrə Komitəsinin sədr müavini Denis Mironov Sankt-Peterburqun iqtisadiyyatına və investisiya potensialına dair təqdimatlarla çıxış ediblər.

Azərbaycan-Rusiya biznes forumu iş adamları arasında yeni əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR