Çinin Yaponiyadakı səfiri XİN-ə çağırılıb

Çinin Yaponiyadakı səfiri XİN-ə çağırılıb
# 09 iyun 2016 04:03 (UTC +04:00)

Bakı-APA. Çinin Tokiodakı səfiri Yaponiya xarici işlər nazirliyinə çağırılıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, səfirdən Şərqi Çin dənizində baş verən insidentlə bağlı izahat istənilib.

Bildirilir ki, Çinə məxsus hərbi gəmi Senkaku adaları yaxınlığında Yaponiyanın dəniz sərhədini pozub.

Yaponiyanın xarici işlər nazirinin müavini Akitaka Sayki hadisə ilə bağlı narahatlığını səfirə bildirib. Qeyd edək ki, rəsmi Pekin Senkaku adalarını Çinin ərazisi hesab edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR