Azərbaycan tütün və siqaret istehsalını azaldıb

Azərbaycan tütün və siqaret istehsalını azaldıb
# 22 sentyabr 2015 11:56 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 1 244,9 mln. ədəd papiros və siqaret istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 5,9% azdır.

Bununla yanaşı, hesabat dövründə 937,5 ton fermentləşdirilmiş tütün istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,2% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR