Elçin Quliyev Gürcüstan Sərhəd Polisinin rəisini qəbul edib

Elçin Quliyev Gürcüstan Sərhəd Polisinin rəisini qəbul edib
# 03 iyun 2015 07:28 (UTC +04:00)

APA-nın xidmətin saytına istinadən verdiyi məlumata görə, dünən DSX aparatında Azərbaycan və Gürcüstan nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan DSX ilə Gürcüstan Sərhəd Polisi arasında ikitərəfli münasibətlərin vəziyyəti müzakirə olunub, qarşılıqlı faydalı əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsi bildirilib.

Müzakirələr zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraitinin vəziyyətinə və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb, dövlət sərhədində beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotik vasitələrinin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə sahəsində qarşılıqlı məlumat mübadiləsinin təkmilləşdirilməsinin əhəmiyyəti qeyd olunub.

Bu ilin iyununda Azərbaycanda 1-ci Avropa Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan-Gürcüstan dövlət sərhədində sərhəd mühafizə orqanları arasında qarşılıqlı əlaqənin daha da gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR