Bakı sakinini elektrik cərəyanı vurub öldürüb

Bakı sakinini elektrik cərəyanı vurub öldürüb
# 29 iyun 2016 04:06 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin təhlükəsizlik qaydalarını pozaraq yüksək gərginlikli transformatora yaxınlaşması nəticəsində elektrik cərəyanı vuraraq vəfat edib.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1984-cü il təvəllüdlü Stalistav Aleksandr Sergeyeviçin cəsədini transformatorun qoruyucu mühafizə zolağından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR