Böyük Britaniyanın baş naziri: “Azərbaycanın enerji ehtiyatları Avropanın enerji təchizatında böyük əhəmiyyətinə malikdir ”

Böyük Britaniyanın baş naziri: “Azərbaycanın enerji ehtiyatları Avropanın enerji təchizatında böyük əhəmiyyətinə malikdir ”
# 02 iyun 2015 07:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “İki ölkə arasında münasibətləri yüksək qiymətləndirirəm. Azərbaycanın enerji ehtiyatları Avropanın enerji təchizatında böyük əhəmiyyətinə malikdir”.

APA-nın məlumatına görə, bunu 22-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin (“Caspian Oil and Gas 2015”) rəsmi açılış mərasiminə ünvanladığı salamlama məktubunda Böyük Britaniyanın baş naziri Devid Kemeron bildirib.

Məktubu London şəhərinin meri Alan Yarrou oxuyub.

Məktubunda Cənub Qaz Dəhlizinin önəmini vurğulayan D. Kemeron TANAP kəmərinin açılışında iştirak etmək istədiyini söyləyib: “İnanıram ki, bu perspektivli layihə reallığa çevriləcək. BP-nin bu işdə iştirakından qürur duyuram. Azərbaycanla Böyük Britaniya arasında əlaqələr xüsusən enerji baxımından çox mühümdür. Bu sərginin münasibətlərin inkişafında mühüm rol oynayacağına inanıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR