Vladimir Putin Rusiya ordusuna yeni Baş Qərargah rəisi təyin edib – FOTO

Vladimir Putin Rusiya ordusuna yeni Baş Qərargah rəisi təyin edib – <font color=red>FOTO </font>
# 09 noyabr 2012 10:07 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidenti Vladimir Putin Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nikolay Makarovun istefa ərizəsini qəbul edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, prezidentin yeni sərəncamı ilə Baş Qərargah rəisi vəzifəsinə Valeri Gerasimov təyin olunub.

Bu gün Kremldə yeni müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu qəbul edən Rusiya prezidenti müdafiə sənayesi ilə ordu arasında sağlam əlaqələrin yaradılmasını tələb edib.

Qeyd edək ki, yeni Baş Qərargah rəisi V. Gerasimov bundan əvvəl Mərkəzi Hərbi Bölgə komandanı vəzifəsini tutub. V. Putinin digər sərəncamları ilə Arkadi Maxin və Oleq Ostapenko müdafiə nazirinin müavinləri təyin olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR