Bu ilin 7 ayında dəmir yolu nəqliyyatı ilə 10 milyon tondan çox yük daşınıb

Bu ilin 7 ayında dəmir yolu nəqliyyatı ilə 10 milyon tondan çox yük daşınıb
# 14 avqust 2015 14:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Dəmir yolu nəqliyyatı ilə yük daşınması cari ilin yanvar-iyul aylarında 10,3 mln. ton olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, orta hesabla sutkada 470 vaqon yüklənib, 448 vaqon boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 19,2 min ton, Qərb istiqaməti üzrə 5,3 min ton və Cənub istiqaməti üzrə 2,5 min ton yüklənmə işi yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR