Abşeronda dövlət idarəsinə məxsus yük maşınını qaçıran şəxs saxlanılıb

Abşeronda dövlət idarəsinə məxsus yük maşınını qaçıran şəxs saxlanılıb
# 30 oktyabr 2015 10:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Abşeronda İxtisaslaşdırılmış Təmir-Abadlıq İdarəsinə məxsus “KamAZ” markalı avtomobili qaçıran şəxs tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Rayon Polis İdarəsi və Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də Abşeron rayon İxtisaslaşdırılmış Təmir-Abadlıq İdarəsinə məxsus “KamAZ” markalı avtomobili qaçırmış Salyan rayon sakini Vurğun Cəbrayılov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun hadisəni oktyabrın 28-də oğurluq etdiklərinə görə tutulmuş İlkin Əliyev və Əhmədağa Cəbrayılovla birgə törətməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR