Yunanıstanda qayığın qəzaya uğraması nəticəsində 4 miqrant ölüb

Yunanıstanda qayığın qəzaya uğraması nəticəsində 4 miqrant ölüb
# 04 noyabr 2015 00:12 (UTC +04:00)

Bakı-APA. Yunanıstanda qayığın qəzaya uğraması nəticəsində 4 miqrant ölüb.

APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Lesbos adası yaxınlığında qeydə alınıb.

Ölənlərdən 2-nin uşaq olduğu bildirilir. İlkin məlumata görə, qayıqda 50 nəfər olub.

Qeyd edək ki, son bir neçə gündə dənizdə baş verən qəzalarda ölən miqrantların sayı 100-ə yaxınlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR