“Formula-1”: İlk test yürüşündə qəza baş verib, 3 pilot yolu səhv salıb

“Formula-1”: İlk test yürüşündə qəza baş verib, 3 pilot yolu səhv salıb
# 17 iyun 2016 13:27 (UTC +04:00)

Bakı – APA. Bakıda keçirilən “Formula-1” üzrə Avropa Qran-prisinin birinci test yürüşündə qəza baş verib. Apasport.az saytının məlumatına görə, “Red Bull” komandasının pilotu Daniel Rikkardo idarəetməni itirib.

Nəticədə o, bolidi divara çırpıb.

Bundan əlavə, 3 pilot döngələrdən birində istiqaməti səhv salıb. Bunlar “Haas” komandasının pilotu Esteban Qutyerres, “Renault”un pilotu Kevin Maqnussen və “Red Bull”un pilotu Daniil Kvyat olub.

Belə ki, 16-cı döngədə sola dönməli olan pilotlar düz istiqamətdə hərəkət ediblər. Lakin yolun bağlı olduğunu görərək, sonradan istiqaməti düzəldiblər.

Qeyd edək ki, “Formula-1” üzrə Avropa Qran-prisi iyunun 19-da baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR