İran iyunda sutkalıq neft hasilatını 3,8 mln. barelə çatdıracaq

İran iyunda sutkalıq neft hasilatını 3,8 mln. barelə çatdıracaq
# 14 iyun 2016 15:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İran iyun ayında sutkalıq neft hasilatını 3,8 mln. barel səviyyəsinə çatdırmağı planlaşdırır.

"APA-Economics" "Shana" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bijan Namdar Zənganə bildirib.

Beləliklə, İran hasilatın səviyyəsi sanksiyaların qüvvədə olduğu müddətlə müqayisədə 40% artıracaq.

Nazir qeyd edib ki, hazırda İran sutka ərzində 1,94 mln. barel neft ixrac edir ki, bu da sanksiyaların qüvvədə olduğu müddətlə müqayisədə 2 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR