Xalq artisti İlham Əsgərov Masallıda dəfn olunacaq

Xalq artisti İlham Əsgərov Masallıda dəfn olunacaq
# 07 sentyabr 2015 07:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Ötən gün dünyasını dəyişən xalq artisti İlham Əsgərov Masallıda dəfn olunacaq.

Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, İ. Əsgərov ailəsinin istəyi ilə Masallıda torpağa tapşırılacaq. Xalq artisti ilə vida mərasimi bu gün yaşadığı evdə - Mirəli Seyidov, 14 ünvanında olacaq.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü İ. Əsgərov sentyabrın 6-da öz evində qəflətən insult keçirməsi nəticəsində vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR