Marixuana satan Bərdə sakini saxlanılıb

Marixuana satan Bərdə sakini saxlanılıb
# 05 avqust 2014 09:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Siyavuş İsrafilov 5 kiloqram 500 qram marixuananı satarkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR