Rəşad Orucov: “Azərbaycanda fəaliyyət göstərən prosessinq mərkəzləri öz aralarında inteqrasiya olunacaq”

Rəşad Orucov: “Azərbaycanda fəaliyyət göstərən prosessinq mərkəzləri öz aralarında inteqrasiya olunacaq”
# 14 noyabr 2014 07:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərbaycanda fəaliyyət göstərən prosessinq mərkəzləri öz aralarında inteqrasiya olunacaq. Bunun üzərində iş gedir və yaxın vaxtlarda tamamlanacaq”.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov jurnalistlərə açıqlamasında deyib.

R. Orucov qeyd edib ki, bundan sonra Azərbaycanda fəaliyyət göstərən prosessinq mərkəzləri hansısa kənar platformanın üzərindən əməliyyatların aparılmasına ehtiyac olmayacaq.

“Gələn il bununla bağlı işlər tamamlanacaq. Bu, ilk növbədə ona imkan verəcək ki, tam əməliyyatların maya dəyəri azalsın. Bu, kart əməliyyatlarında xərcləri azaltmağa imkan verəcək. Azərbaycan prosessinq şirkətləri öz aralarında inteqrasiya olunarsa, kənar platforma üzərindən aparılan əməliyyatlar zamanı çəkdikləri xərclər azala bilər”, - deyə baş direktor qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR