ARDNF Suveren Fondların Beynəlxalq Forumunun iclasında iştirak edir

ARDNF Suveren Fondların Beynəlxalq Forumunun iclasında iştirak edir
# 20 noyabr 2014 14:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu il noyabr ayının 19-20-də Qətərin paytaxtı Doha şəhərində Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) altıncı iclası keçirilir.

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) “APA-Economics”ə verilən məlumata görə, iclasda fondun icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.

Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılıb və ilk rəsmi iclasını 2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirib. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR