“Minçenko Konsaltinq”: Azərbaycan Cənubi Qafqazın ən sabit ölkəsidir

“Minçenko Konsaltinq”: Azərbaycan Cənubi Qafqazın ən sabit ölkəsidir
# 19 avqust 2015 10:35 (UTC +04:00)

APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbər görə, bu barədə “Minçenko Konsaltinq” şirkəti tərəfindən dərc edilən məruzədə bildirilir.

Məruzədə SSRİ-nin dağılmasından sonra Qafqazda 6 silahlı münaqişənin baş verdiyi və əksəriyyətinin hələ də həllini tapmadığı qeyd edilir: “Postsovet məkanında yeganə yer Qafqazdır ki, burda dövlətlərdən bəzilərinin bir-biri ilə diplomatik münasibətləri yoxdur. Belə ki, Azərbaycan və Ermənistan, Gürcüstan və Rusiya, Ermənistan və Türkiyə arasında diplomatik əlaqələr mövcud deyil”.

Daxili və xarici siyasət, iqtisadiyyatın davamlılığı və ekstremizm meyllərinə qarşı durmaq xüsusiyyətlərinə görə qiymətləndirilən üç Cənubi Qafqaz ölkəsi arasında Azərbaycan ən sabit ölkə olaraq qeyd edilib. Azərbaycanın ilk yeri tutması ölkənin monolit siyasi sistemi və güclü iqtisadiyyatının mövcudluğu ilə izah olunub.

Ermənistan isə Qafqaz ölkələri arasında ən yüksək riskə malik olan ölkə kimi göstərilib. Siyasi və iqtisadi təcrid, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması, artan sosial etirazlar, iqtisadiyyatdakı xroniki problemlər və Rusiya ilə Qərb arasındakı manevrlərdən gələ biləcək risklər Ermənistanda sabitliyə əsas risklər olaraq göstərilib.

Məruzəyə əsasən Cənubi Qafqaz regionunun təhlükəsizliyinə həllini tapmamış münaqişələrlə yanaşı, Ermənistan-Azərbaycan sərhədində aktivlik, Gürcüstanın avroatlantik cəhdlərinin artması, “İŞİD” təhlükəsi, labüd devalvasiyanın ölkələrin sosial-iqtisadi stabilliyinə təhdid törətməsi də təsir göstərir.

Qeyd edək ki, məruzə “Mnçenko Konsaltinq”in rəhbəri Yevgeni Minçenko, holdinqin əməkdaşı Kiril Petrov və qafqazşünas Sergey Markedonov tərəfindən hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR