Kerri Vyanada Lavrovla görüşəcək

Kerri Vyanada Lavrovla görüşəcək
# 30 iyun 2015 13:43 (UTC +04:00)

Bakı – APA. ABŞ və Rusiya xarici siyasət idarələrinin rəhbərləri Vyanada görüşəcəklər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Meri Harf bildirib ki, Con Kerri rusiyalı həmkarı Sergey Lavrovla İranın nüvə problemini müzakirə edəcək.

Diplomatlar həmçinin digər məsələlərə, o cümlədən “İslam dövləti”nə qarşı mübarizə ilə bağlı səylərin koordinasiyası mövzusuna toxunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR