Bakıda parkda yanğın olub

Bakıda parkda yanğın olub
# 18 avqust 2014 11:41 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda parkda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində yerləşən parklardan birində qeydə alınıb.

Yanğın nəticəsində parka atılmış məişət tullantıları və kol-kos yanıb. Əraziyə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR