Bank Of Baku

Türkiyə PA Şişlidə Heydər Əliyev parkı ilə bağlı yayılan iddiaları təkzib edib

Türkiyə PA Şişlidə Heydər Əliyev parkı ilə bağlı yayılan iddiaları təkzib edib
# 03 noyabr 2026 19:40 (UTC +04:00)

Türkiyənin Şişli əyalətindəki Heydər Əliyev Parkında yerləşən büstün götürüləcəyi və parkın yerində mədəniyyət mərkəzi tikiləcəyi ilə bağlı iddialar təkzib edilib.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, Şişli Bələdiyyəsinin sözügedən ərazi ilə bağlı hər hansı işi yoxdur və belə bir layihə gündəmdə deyil.

Mərkəz qeyd edib ki, köhnə və əsassız iddiaların yayılması Azərbaycan-Türkiyə münasibətlərini hədəfə alan təxribat və dezinformasiya xarakteri daşıyır.

Paylaşımda ictimaiyyətə bu cür iddialara etibar etməməklə bağlı çağırış edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR