Bakıda oğurladığı avtomobillə avtoxuliqanlıq edən şəxs saxlanılıb

Bakıda oğurladığı avtomobillə avtoxuliqanlıq edən şəxs saxlanılıb
# 27 sentyabr 2014 11:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurladığı maşınla avtoxuliqanlıq edən şəxs polis tərəfindən saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 26-da saat 09:30 radələrində Bakıxanov qəsəbəsi, Sülh küçəsində Bakı şəhər sakini Sənani Abdulrəhmanov idarə etdiyi “Hyundai-Veloster” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün orada xidmətdə olan Sabunçu Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı həmin avtomobilin Göyçay rayon sakini Aqil Yusifova məxsus olduğu və sentyabrın 26-na keçən gecə onun kirayədə yaşadığı Bakıxanov qəsəbəsi, yeni yaşayış sahəsindəki evinin qarşısından S. Abdulrəhmanov tərəfindən qaçırıldığı müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR