Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Yunanıstan Milli Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Yunanıstan Milli Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 07 noyabr 2014 14:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Yunanıstan Milli Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Teatrdan APA-ya verilən məlumata görə, müqaviləyə əsasən Azərbaycan və Yunanıstan teatrları arasında müştərək tamaşanın hazırlanması nəzərdə tutulub.

Səhnə əsəri Esxilin “Zəncirlənmiş Prometey” əsəri əsasında hazırlanacaq. Tamaşada hər iki teatrın aktyorları rol alacaq.

Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bildirib ki, müqavilənin bağlanması hər iki teatrın beynəlxalq əlaqələrinin inkişafında ciddi rol oynayacaq.

Yunanıstan Milli Teatrının bədii rəhbəri Sotiris Çatzakis ideyanın reallaşmasına görə Mədəniyyət və Turizm Nazirliyinə, Dövlət Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, “Zəncirlənmiş Prometey”də aktyor və aktrisa heyətindən başqa ssenari müəllifləri və işıqçılar da müştərək çalışacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR