Nyu-Yorkda baş verən silahlı insidentin təfərrüatları məlum olub - YENİLƏNİB

Nyu-Yorkda baş verən silahlı insidentin təfərrüatları məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 14 iyun 2016 04:15 (UTC +04:00)

Bakı-APA. Nyu-Yorkda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə bahalı çanta üstündə baş verib.

Bir qrup yeniyetmə meydançada basketbol oynayan zaman onlardan birinin qiyməti 500 dollar olan çantası yoxa çıxıb. Oğlan ətrafdakılardan çantanı qaytarmağı tələb edib. Cavab almayan gənc meydançanı tərk edib, bir müddət sonra isə silahlı şəxslə geri dönüb.

İnsident 15-17 yaş arası beş yeniyetmənin yaralanması ilə nəticələnib. Onların həyatlarına təhlükə olmadığı bildirilir. Polis atəş açan şəxsin müəyyən edilib saxlanılması istiqamətində əməliyyat aparılır.

***

03:20

Bakı-APA. Nyu-Yorkda uşaq meydançasında atışma olub.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, insident yerli vaxtla saat 17:00 radələrində, şəhərin İst Fletbuş bölgəsində qeydə alınıb.

Zərərçəkənlərin sayı barədə müxtəlif məlumat verilir. Yerli KİV azı 2 nəfərin, polis mənbələri 5 nəfərin yaralandığını bildirir. Xilasedici xidmətdən verilən məlumata görə isə insident nəticəsində 6 nəfər “Kings County” hospitalına yerləşdirilib. Onların vəziyyətləri barədə məlumat verilmir. Hadisə ilə əlaqədar rəsmi qurumlar tərəfindən hələ ki, şərh verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR