“İçərişəhər” və “Qala” qoruqlarında “açıq qapı” günü olacaq

“İçərişəhər” və “Qala” qoruqlarında “açıq qapı” günü olacaq
# 16 aprel 2015 07:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. 18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edəcək. İdarədən APA-ya verilən məlumata görə, aprelin 18-də Bakı sakinləri və şəhərin qonaqları İçərişəhərdə yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, “Qala” Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər.

Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR