Nazir müavini: “”Ebola” virusunun tüğyan etdiyi 3 ölkə Gənclər siyasəti üzrə I Qlobal Forumda iştirak etmir”

Nazir müavini: “”Ebola” virusunun tüğyan etdiyi 3 ölkə Gənclər siyasəti üzrə I Qlobal Forumda iştirak etmir”
# 28 oktyabr 2014 09:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Bakıda keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forumu iştirakçılarının “Ebola” virusu ilə bağlı heç bir problemi yoxdur”. APA-nın xəbərinə görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında deyib ki, sadəcə olaraq bəzi ölkələrdən iştirakçıların sayından çox nümayəndə gəlib və onlar geri qaytarılıb.

İ. Babayev bildirib ki, hazırda dəvət edilən şəxslər toplantıda iştirak edir: “Yəni geri qaytarılmalar “Ebola” virusu ilə bağlı deyil. “Ebola” virusunun tüğyan etdiyi 3 ölkə forumda iştirak etmir. Syerre Leone, Liberiya və Qvineyaya tədbirdə iştirak etmək üçün müraciət edilib. Lakin onlar öz istəkləri ilə foruma qatılmayıb. Bu ölkələrin nazirləri konfransa videomüraciətlə qoşulacaqlar. Bizim Səhiyyə Nazirliyinin nümayəndələri hava limanında vəziyyətə nəzarət edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR