Azərbaycan və Uruqvay arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik şəxslər üçün viza tələbinin aradan qaldırılması haqqında saziş təsdiqlənib

Azərbaycan və Uruqvay arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik şəxslər üçün viza tələbinin aradan qaldırılması haqqında saziş təsdiqlənib
# 01 fevral 2013 13:25 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclis “Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” sazişi təsdiq edib. APA-nın xəbərinə görə, sənəd haqqında məlumat verən Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, bu saziş iki ölkə arasında rəsmi şəxslərin səfərlərinə, onlar arasındakı qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə geniş imkanlar yaradacaq. Sənəd səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR