Yaqub Eyyubov: “Azərbaycan Respublikası hər zaman İranın yanında olacaq”

Yaqub  Eyyubov: “Azərbaycan Respublikası hər zaman İranın yanında olacaq”
# 07 mart 2013 23:32 (UTC +04:00)

Bakı-APA.Azərbaycan Respublikasının baş nazirinin birinci müavini Yaqub Eyyubov İran İslam Respublikasının səfiri Möhsün Pak Ayinlə görüşüb. APA-nın Azərbaycanın İrandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, Y. Eyyubov görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinin zəruriliyini vurğulayaraq, bildirib: “Azərbaycan Respublikası hər zaman İranın yanında olacaq”.

O, ikitərəfli münasibətlərin müsbət tempdə inkişafından məmnuniyyət duyduğunu vurğulayaraq iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradıldığını bildirib: “Bizim aramızda mövcud olan mədəni, tarixi və dini köklər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin genişləndirilməsi istiqamətində zəmin yaradıb və iki dövlət arasında dostluq münasibətlərin möhkəmlənməsinə səbəb olub”.

Görüşdə İran İslam Respublikasının səfiri iki ölkə arasında qarşılıqlı olaraq münasibətlərin müsbət yöndə inkişafı istiqamətində həyata keçirilmiş konstruktiv addımlardan söz açaraq və münasibətləri perspektivli dəyərləndirərək, Tehran-Bakı münasibətlərinin inkişafında heç bir problemin olmadığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR