İrəvanın mərkəzində növbəti etiraz aksiyası keçirilib, saxlanılanlar var - FOTOSESSİYA

İrəvanın mərkəzində növbəti etiraz aksiyası keçirilib, saxlanılanlar var  - <span style="color: red;">FOTOSESSİYA
# 21 avqust 2015 21:45 (UTC +04:00)

APA-nın “NEWS.am”-a istinadən verdiyi xəbərə görə, “Ayağa qalx, Ermənistan” hərəkatının fəalları meydana aparan Vazgen Sarkisyan küçəsini bağlamağa cəhd edib, lakin polisin müdaxiləsindən sonra bu cəhdin qarşısı alınıb.

Məlumata görə, İrəvan polisinin rəis müavini Valeri Osipyan meydana gələrək müxalifət fəallarını dağılışmağa çağırıb.

Qeyd edək ki, bundan az əvvəl polis aksiya iştirakçılarından 10 nəfəri saxlayıb. Məlumata görə, onların saxlanmasına səbəb polisin tələblərinin yerinə yetirilməməsi olub.

Məlumata görə, fəallar İrəvanın mərkəzindəki Respublika meydanına avtomobil şinləri gətiriblər. Onlar polisin təkərləri meydandan yığışdırmaq tələbinə əməl etməkdən imtina ediblər.

Saxlanılan etirazçıların şəxsi əşyalarının da polis tərəfindən götürüldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR