Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti və fəallarına orden və medallar təqdim olunub - FOTOSESSİYA - VİDEO

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti və fəallarına orden və medallar təqdim olunub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 16 aprel 2015 07:15 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının təşəbbüskarı olmuş general-leytenant Əliağa Şıxlinskinin 150 illik yubileyi münasibətilə tədbir keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidentinin general-leytenant Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi barədə sərəncam verildiyini xatırladan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov Azərbaycan Xalq Cümhuriyyəti, sovet dövrü və Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətindən, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində rolundan danışıb.

N. Aslanov müstəqillik dövründə prezident İlham Əliyev tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə yardımla bağlı 9 sərəncam imzalandığını, təşkilatın fəaliyyətinin qanunla tənzimləndiyini qeyd edib.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə belə bir tədbirin keçirilməsi təqdirəlayiqdir, çünki Əliağa Şıxlinski Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının təşəbbüskarı olub: “Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşadı, ancaq cümhuriyyət dövründə təməli qoyulan bir çox işlər müstəqillik illərində davam etdirildi. Heydər Əliyev Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi. Qızıl Aypara Cəmiyyəti də cümhuriyyət dövründə yaradılıb və biz bu gün Qızıl Aypara Cəmiyyətinin 95 illiyini qeyd edirik. 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılması ilə bağlı qnun qəbul edildi, insanlara fövqəladə hallarda ilkin yardım göstərilməsi sahəsində Qızıl Aypara Cəmiyyətinin rolu müəyyənləşdi. Azərbaycan prezidenti İlham Əliyevin son sərəncamı ilə Qızıl Aypara Cəmiyyətinin fəalları müxtəlif orden və medallarla təltif edilib. Mən bu gün həmin orden və medalları Qızıl Aypara Cəmiyyətinin fəallarına təqdim edəcəyəm”.

Daha sonra Ə. Həsənov tədbirdə Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanova və cəmiyyətin fəallarına orden və medalları təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR