Türkiyədə polis və terrorçular arasında atışma olub, 3 nəfər yaralanıb - VİDEO

Türkiyədə polis və terrorçular arasında atışma olub, 3 nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 23 sentyabr 2015 23:46 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Bingöl vilayətində PKK terror təşkilatının silahlıları ilə təhlükəsizlik qüvvələri arasında baş verən atışma nəticəsində 2 polis və 1 mülki şəxs yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Bingöl-Elazığ yolunun Kurudere kəndi ərazisindən keçən hissəsində baş verib.

Məlumata əsasən, terrorçular yolu bağlamağa cəhd edib. Polisin "təslim olun" çağırışına terrorçular atəşlə cavab veriblər. Silahlı insident nəticəsində 2 polis əməkdaşı və 1 mülki şəxs yaralanıb.

Bingöl Dövlət Xəstəxanasına çatdırılan yaralıların vəziyyətlərinin kafi olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR